"Qarabağ"ın sabiq futbolçusu: "Qrupdan çıxmaq üçün belə komandaları məğlub etmək lazımdır"

"Qarabağ"ın sabiq futbolçusu: "Qrupdan çıxmaq üçün belə komandaları məğlub etmək lazımdır"

"Qrupdan çıxmaq üçün belə komandalara qalib gəlmək lazımdır".

Bunu "QELEBE.AZ"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Azərbaycan təmsilçisinin İsveçdə "Hakken"ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun matçı ilə bağlı danışarkən deyib.

Hazırda İkinci Liqada mübarizə aparan "Şahdağ Qusar" klubunda çıxış edən 34 yaşlı yarımmüdafiəçi "köhlən atlar"ın bugünkü görüşdə qələbə qazana biləcəyini söyləyib: "Komanda "Molde"yə qalib gəldiyi ilk qarşılaşmada yüksək səviyyəli oyun sərgilədi və layiqli qələbə qazandı. Hətta daha çox qol da vura bilərdi. İndi isə səfərdə oynayacaqlar. İsveç təmsilçiləri fiziki cəhətdən güclü olurlar. Məncə, rəqib "Qarabağ"ın "dişinə görə"dir".

Əmiquliyev Almaniyanın "Bayer 04" klubunun H qrupunun favoriti olduğunu vurğulayıb: "Qarabağ" bu qrupda ikinci yeri tuta bilər. Bunun üçün digər iki komanda ilə matçlarda maksimim xallar qazanmaq lazımdır".

Qeyd edək ki, Rahid Əmirquliyev 2015-2018-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Bu gün “Ullevi” stadionunda reallaşacaq "Hakken" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

Futbol
"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

"Neftçi"nin baş məşqçisinin Rumıniya klubuna keçməməsinin səbəbi bəlli olub

Futbol
Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Qurban Qurbanov: “Qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm”

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Futbol
Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

Futbol
Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Fransa klubu "Qarabağ"la oyun üçün 20 futbolçu sifariş edib

Futbol
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Futbol
Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib

Jurnalist Dünya Çempionatını şərh edərkən vəfat edib