Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

“Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur. Bunun üçün komanda öz oyununu sərgiləməlidir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində həmin ölkənin digər təmsilçisi “Hakken” önündə şanslarını dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu səfərdə çıxış etməsinə baxmayaraq, Azərbaycan çempionunu daha şanslı hesab edir: “Qarabağ”ın Avropa arenasında təcrübəsi daha çoxdur. Səhv etmirəmsə, “Hakken” ilk dəfədir qrup mərhələsində mübarizə aparır. Amma yenə də onlara autsayder kimi yanaşmaq düzgün olmaz. Hər iki komanda üçün çətin oyun olacaq. “Molde” ilə görüşdə “Qarabağ”ın optimal formasına yavaş-yavaş çatdığını gördüm. Ümid edirəm ki, təmsilçimiz buradan qələbə ilə ayrılar”.

Azərbaycan millisinin forvardı hazırda İsveç çempionatının 3-cü pilləsində qərarlaşan Höteborq klubunun təhlükəli rəqib olduğunu söyləyib: “Hakken”lə eyni çempionatda çıxış etsək də, bura gələndən onlara qarşı oynamamışam. Mövsümün gedişində “Yurqorden”ə keçdiyim üçün həmin vaxta qədər “Hakken”lə hər iki matç baş tutmuşdu. Ətraflı məlumatım olmasa da, hər həftə oyunlarının icmalına baxdığım üçün komandanı müəyyən qədər tanıyıram. Sürətli oyunçulara malik təhlükəli kollektivdir. Futbolçularının fərdi keyfiyyətləri yüksəkdir. Ötən mövsüm ölkə çempionu olmaları çox şeydən xəbər verir”.

Qurbanlı İsveç Allsvenskanında böyük rəqabət yaşandığını vurğulayıb: “Həqiqətən də, bu liqada rəqabət həddən artıq yüksəkdir. Hazırda mövsümün sonuna cəmi 5 tur qalsa da, çempionluq mübarizəsində aşkar favorit yoxdur. Liderlə üçüncü sıradakı komanda arasında cəmi 5 xal fərq var. “Hakken” də ötən mövsüm bu çempionatın qalibi olubsa, deməli, möhkəm komandadır. Düzdür, yay transfer dönəmində bir neçə vacib oyunçularını satdılar. Ancaq yeni gələnlərlə yaranan boşluğu doldurublar”.

Qeyd edək ki, oktyabrın 5-də qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın oyunu azarkeş sayına görə ilk "5-lik"də yer alıb

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

AFFA İntizam Məcəlləsində köklü dəyişikliklər etməyə hazırlaşır

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib