Azərbaycan millisinin futbolçusu: "Bu vəziyyətə necə düşmüşüksə, elə də öhdəsindən gələcəyik" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: "Bu vəziyyətə necə düşmüşüksə, elə də öhdəsindən gələcəyik" - MÜSAHİBƏ

"Sumqayıt" klubunun və Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov "Report"un suallarını cavablandırıb.

27 yaşlı müdafiəçi "gənclik şəhəri" təmsilçisinin hədəflərindən və yığmanın qarşıdakı oyunlarından danışıb.

- Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a məğlub oldunuz. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?

- Çox ağır məğlubiyyətlə üzləşdik. Rəqibin gücü hamıya bəllidir. Amma yenə də səfərdən 1 xalla qayıtmaq niyyətində idik. Təəssüf ki, alınmadı. İlk dəqiqələrdən ciddi pressinqlə üzləşdik və qol buraxandan sonra özümüzə gələ bilmədik. Bu görüş artıq geridə qalıb. Növbəti turda qələbə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

- Artıq ilk hissədə qapınızda 4 qol gördünüz. Bu komandanın qarşısını almaq bu qədər çətindir?

- Bir daha təkrarlayıram, onlar çox ciddi pressinq edirdilər. Biz isə oyuna qayıda bilmədik. Premyer Liqada kiminsə "Qarabağ"la bacara biləcəyinə inanmıram.

- Hazırda 8 xalla 7-ci pillədə qərarlaşmısınız. Komandanın cari mövsümdə əsas məqsədi nədir?

- Hədəfimiz mümkün qədər yuxarı pillələrdə yer almaqdır. Əlbəttə, çətin olacağını da başa düşürük. Amma oyundan-oyuna inkişaf etməyi planlaşdırırıq. Maksimumuzu ortaya qoymağa çalışacağıq. Mövsümün sonunda nə iş görə bildiyimizə birlikdə baxarıq.

- Ardıcıl 5 matçda qələbə qazana bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?

- Səbəb özümüzük. Deməli, hardasa boşluq buraxmışıq. Bu vəziyyətə necə düşmüşüksə, elə də öhdəsindən gələcəyik. Mən komandaya inanıram.

- Növbəti turda autsayder "Kəpəz"i qəbul edəcəksiniz. Rəqibin də yaxşı durumda olmadığını nəzərə alsaq, uğursuz seriyaya bu qarşılaşmada son verə biləcəksiniz?

- Əlbəttə. Hamımız qələbə qazanmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu oyun uğurlu seriyamızın başlanğıcı olacaq.

- Milli komanda ilə bağlı da danışmağınızı istərdik. AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə matçlardan gözləntilərin nədir?

- Həmişə olduğu kimi, bu dəfə də gözləntilərim yaxşı oyun sərgiləmək və mümkün qədər çox xal qazanmaqdır. Bunu da bacara bilərik. İstəyimizə nail olmaq üçün isə çox ciddi hazırlaşmalıyıq.

- Bir müddət yığmanın oyunlarında əsas heyətdə meydana çıxırdınız. Zədədən sonra bir az yerinizi itirdiyinizi düşünürsünüz?

- Zədələr futbolun bir hissəsidir. Bu normal haldır. Belə zədədən sonra qayıtmaq da çətindir. Amma şükürlər olsun ki, bunu bacardım. Artıq tam hazıram. Nə vaxt şans versələr, əlimdən gələni edəcəyəm ki, yenidən millinin əsas üzvünə çevrilim.

- Yığmanın AVRO-2024-ün seçmə mərhələsində Belçika və İordaniya ilə yoldaşlıq qarşılaşması üçün heyətə dəvət alsanız da, meydana çıxmadınız. Baş məşqçi Canni De Byazi niyə şans vermədi?

- Onun qərarına hörmətlə yanaşıram. Oynadım və ya meydana çıxmadım, təki millimiz yaxşı nəticələr əldə etsin.

Futbol
"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

“Araz-Naxçıvan” Çempionlar Liqası ilə məğlubiyyətlə vidalaşıb

Futbol
Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Enis Bardi: "Azərbaycan yığması fiziki cəhətdən güclüdür"

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

"Qarabağ"ın futbolçusu: "Bir çox klub bizə həsəd aparmalıdır"

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər