Azərbaycan millisinin futzalçısı: “Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”

Azərbaycan millisinin futzalçısı: “Qazaxıstanla oyunların nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”

“Qazaxıstanla keçirəcəyimiz iki oyunun nəticəsi qrupla bağlı suallara 80 faiz aydınlıq gətirəcək”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raundunda üz-üzə gələcəkləri Qazaxıstanla oyunlar barədə danışarkən deyib.

Karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirən qolkiper qarşıdakı matçlarda şansları yarı-yarıya görür: “Qazaxıstan millisinin baş məşqçisi Kakanı yaxşı tanıyırıq. Onun hansı oyun üslubuna, taktiki gedişlərə üstünlük verdiyini bilirik. Oyunöncəsi şanslar bərabərdir. Bizim heyətdə də oyunu dəyişə biləcək futzalçılar var. Artıq yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Onun oyun fəlsəfəsi, düşüncəsi, tələbləri fərqlidir. Bu fərqlilik rəqibi çaşdıra bilər”.

R.Hüseynlinin fikrincə, rəqibin əsas üstünlüyü oyunçuların daha rəqabətli çempionatda çıxış etmələridir: “Düzdür, ölkə xaricində ancaq Leo oynayır – Braziliya çempionatında. Amma Qazaxıstan çempionatı da bu gün Avropada seçilən liqalardandır. Klublar bir-biriləri ilə başabaş mübarizə aparacaq gücdə olduqlarından, oyunçular daha hazırlıqlı olur. Bizdə vəziyyət bir qədər fərqlidir. Toplanış zamanı bu fərqi aradan qaldırmağa çalışacağıq”.

Futzalçı əsas məqsədlərinin Bakıdakı ilk görüşdə Qazaxıstana qalib gəlmək olduğunu söyləyib: “Doğma meydan amilindən yararlanmalı, maksimum xalla ayrılmalıyıq. İkinci oyun rəqib meydanında olacaq, bu dəfə onlar bundan maksimum istifadə etməyə çalışacaqlar. Üstəlik, biz səfər edəcəyimizə görə yol yorğunluğu ola bilər. Bundan başqa, ilk matçdan sonra hər iki komanda bir-birini daha yaxşı tanımış olacaq. Onlar da qarşılaşmaya ciddi hazırlaşırlar. Təsadüfi deyil ki, toplanışa daha erkən başlayıblar”.

Millinin üzvü hesab edir ki, Rumıniyaya gözlənilməz məğlubiyyətdən sonra Niderland üzərindəki böyükhesablı qələbəni seriyaya çevirə bilərlər: “Rumıniya ilə oyundan əvvəl komanda şəklində az hazırlıq keçmişdik. Martdan sonra, demək olar ki, komanda toplaşmamışdı. Ona görə də anlaşılmazlıq var idi. Futzalda standart vəziyyətlərin önəmi böyükdür. Bunu da düzgün icra etmək üçün daha çox bir yerdə məşq etməli, oyun keçirməlisən. Həm də Rumıniyadakı zalın örtüyü intensiv, sürətli oyun keçirməyə imkan vermirdi. Niderlandla qarşılaşmada anlaşma daha yaxşı idi. Yeni baş məşqçinin nə istədiyini bilirdik”.

Rövşən Hüseynli Qazaxıstanda çıxış etdiyi üçün topladığı məlumatları baş məşqçiyə çatdıracağını sözlərinə əlavə edib: “Əliboş gəlməmişəm. Müəyyən qeydlərim var. Amma baş məşqçi ilə hələ görüşümüz olmayıb. Toplanış vaxtı danışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 6-da Qazaxıstanı Bakı İdman Sarayında qəbul edəcək. Ayın 11-də bu komandalar Astanadakı Jekpe-Jek Sarayında qarşılaşacaqlar.

Futbol
DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

DÇ-2022: Mərakeş qrup qalibi kimi pley-offa adlayıb

Futbol
Markus Reşford 13 illik rekordu təkrarlayıb

Markus Reşford 13 illik rekordu təkrarlayıb

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün VIII tura yekun vurulacaq

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

FIFA Azərbaycan millisinin üzvünə görə "Bursaspor"u cəzalandırıb

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Aleksandr Səmədov Rusiya millisinin AVRO-2024-ə buraxılmamasına münasibət bildirib

Futbol
Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Roman Teryuşkov: "Ximki" Qurban Qurbanovla əlaqə saxlamayıb"

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib