"Araz-Naxçıvan"ın futbolçusu: "Belə davam etsək, komandalara başağrısı olacağıq"

"Araz-Naxçıvan"ın futbolçusu: "Belə davam etsək, komandalara başağrısı olacağıq"

"Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq".

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Tural Bayramlı klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın VII turunda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları matça toxunub: "Nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə qarşılaşmaya köklənmişik. Çoxsaylı qol epizodları yaratsaq da, 3 xalı rəqib qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar".

Bayramlı "Zirə" ilə oyuna hazırlaşdıqlarını söyləyib: "Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhvali-ruhiyyə də yaxşıdır. “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər”.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Araz-Naxçıvan" - "Zirə" qarşılaşması saat 18:30-da başlayacaq.

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Çingiz Hüseynzadə: "Qarabağ"ın hücumçuları ötürmə etmirlər"

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

İspaniya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

Futbol
"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

"Barselona"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Futbol
“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

“Neftçi”nin futbolçusu: “Doğmalarımın necə xoşbəxt olduqlarını təsəvvür edirəm”

Futbol
Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Avropa Liqası: "Qarabağ" və "Frayburq"un start heyətləri bəlli olub

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb