Azərbaycanın güləşçisi erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb - YENİLƏNİB-3

Azərbaycanın güləşçisi erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb - YENİLƏNİB-3

Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“QELEBE.AZ”un məlumatına görə, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.

19:12

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

“QELEBE.AZ”un məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı yarımfinalda yerli komandanın üzvü Georgi Tibilovdan güclü olub.

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan M.Məmmədov sentyabrın 24-də keçiriləcək final qarşılaşmasına vəsiqə qazanıb.

17:24

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

“QELEBE.AZ”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.

20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.

Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.

16:59

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.

“QELEBE.AZ”un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.

Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.

Fərdi
Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Azərbaycan əsilli gimnast dünya çempionatında tarixi nəticəyə imza atıb

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Cüdo yığmasının baş məşqçisi: "Qələbəni şəhidlərimizə həsr edirik"

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib