Azərbaycan millisinin kapitanı: “Öz oyunumuzu göstərəndə qarşımızda dayanmaq çətin olur”

Azərbaycan millisinin kapitanı: “Öz oyunumuzu göstərəndə qarşımızda dayanmaq çətin olur”

“Öz oyunumuzu göstərəndə qarşımızda dayanmaq çətin olur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Qapıçı DÇ-2024-ün elit mərhələsinin II turunda Niderland üzərində qazanılan 6:1 hesablı qələbəni dəyərləndirib. O, bu uğurun əhəmiyyətli gündə əldə edildiyini söyləyib: “Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq. Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan ordusu 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu və separatçıları tərkisilah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə psixoloji cəhətdən müsbət təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq”.

E.Kürdov qrup mərhələsində reallaşan ilk iki oyundan sonra komandaların şansları haqda da danışıb: “Hazırda turnir cədvəlində komandalar bir-birilərinə yaxın pillələrdə yer alıblar. Qazaxıstan 6 xalla liderdir, Rumıniya və millimizin 3 xalı var. Top fərqinə görə üstün olsaq da, aramızdakı matçın nəticəsi Rumıniyaya 2-ci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə, reallaşdıra bilmədik. İdman xoşbəxtliyi tərəfimizdə olmadı”.

O, Qazaxıstanla oyun ərəfəsində azarkeşlərə səslənib: “Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm, gəlin, tribunaları doldurun, komandamızı sona qədər dəstəkləyin. Onların tribunada yer alaması bizə əlavə stimul verir”.

Təcrübəli qolkiper Niderlandla matçda rəqibin vurduğu qolla bağı vəziyyətə də aydınlıq gətirib: “Sarı vərəqə aldığım epizodda top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün qabağında baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdır, mən də emosiyalarımı cilovlaya bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümid edirəm ki, Qazaxıstanla oyun bizim üçün uğurla başa çatar. Növbəti həftə ölkə çempionatı da start götürəcək. Komandalara uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan – Qazaxıstan qarşılaşması oktyabrın 6-da Bakı İdman Sarayında baş tutacaq.

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
Mahir Emreli kapitanını zədələyib

Mahir Emreli kapitanını zədələyib

Futbol
"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

"Sumqayıt" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Futbol
"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

"Real Madrid" iki futbolçusu ilə yollarını ayıracaq

Futbol
Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb