Azərbaycan karateçiləri dünya çempionatında uğur qazanıblar

Azərbaycan karateçiləri dünya çempionatında uğur qazanıblar

7-10 sentyabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında 13-cü Dünya çempionatı keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, çempionatda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 müxtəlif ölkədən 3500-dən çox karateçi öz qüvvəsini sınayıb. Yarışda Azərbaycanın karate üzrə milli yığma və Fövqəladə Hallar Nazirliyinin karate üzrə komandasının 4 üzvü Nicat Kərimli -75 kq, Yavərbəy Abdullayev +84 kq, Səbinə Fərzəli -59 kq çəki və İlqar Ələkbərov -84 kq çəki dərəcələrində əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəli karate üzrə kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, qızıl medala layiq görülüblər. Komandanın digər üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı mayor İlqar Ələkbərov kişilər arasında komanda kumite yarışlarında qızıl və şəxsi kata yarışlarda isə turnirin bürünc medalının sahibi olub. Qaliblərə Dünya Şotokan Karate Federasiyasının medal və sertifikatları təqdim olunub.

Karateçilərimiz Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

19 sentyabr 2023-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat Kərimli sentyabr ayında Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kipr Respublikasının Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Taekvondo Federasiyasında uğur qazanan klublarla görüş olub - FOTO

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Döyüş növləri
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib