Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”

Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”

“Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma tarixinin ən məhsuldar futbolçusu Qurban Qurbanovun rekorduna yaxınlaşması ilə bağlı danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində vurduğu qol sayını qısa müddətdə 11-ə çatdırmasının özü üçün gözlənilməz olduğunu etiraf edib: “Açığı, millidə bu qədər qol vuracağımı gözləmirdim. İki il əvvəl desəydilər ki, rekorda yaxınlaşacaqsan, inanmazdım”.

“Neftçi”nin lideri Azərbaycan futbol tarixinə düşmək arzusunu gizlətməyib: “Hər bir futbolçu tarixə düşmək istəyər. Mən də yaxşı formada qalmaq, Azərbaycan futboluna xeyir vermək üçün öz üzərimdə işləyirəm. Rekordu yeniləsəm, bunun nə demək olduğunu yalnız o zaman hiss etmiş olaram. Etiraf edək ki, bizim milli üçün 3 qol o qədər də az deyil. Nəzərə alaq ki, yarımmüdafiəçi olduğum üçün fərqlənmək imkanım az olur”.

O, Qurban Qurbanovun 14 qolluq rekorduna çatmağın elə də asan olmadığını düşünür: “İlk növbədə komandama faydalı olmaq barədə düşünürəm. Bu, qol və ya məhsuldar ötürmə ilə də ola bilər. Əlbəttə ki, əlimə şans düşəndə bundan yararlanmağa çalışıram. Oturub düşünmürəm ki, rekorda çatmağıma 3 qol qalıb. Oynadıqca qollar özləri gəlir”.

Emin Mahmudov AVRO-2024-ün seçmə mərhələsində Belçika (0:1), yoldaşlıq görüşü çərçivəsində isə İordaniya (2:1) ilə keçirilən matçları da dəyərləndirib: “Belçika və İordaniya ilə oyunlar fərqli alındı. Əlbəttə ki, Belçika ilə qarşılaşma bizim üçün daha vacib idi. Böyük futbolçulara malik güclü komandadır. Bizim üçün çox çətin oldu. Rəqib topla daha sürətli oynayırdı. Yaxşı mübarizə aparsaq da, yekunda uduzduq. İordaniya ilə qarşılaşma ərəfəsində isə futbolçularda yorğunluq çox idi. Üstəlik, meydan çox pis vəziyyətdə idi. Ötürmə vermək çətin idi. Hətta vurduğumuz ikinci qol epizodunda ötürmə zamanı top tullandı, Renat Dadaşovun bədəninə dəyib tora daxil oldu. İstər-istəməz çətinlik çəkirdik. Qalib gəlməsəydik, bizi tənqid edəcəkdilər ki, bunlar İordaniyanı da uda bilmirlər. İndi qalib gəlmişik, deyirlər ki, İordaniyanı udublar də. Amma onlar heç də zəif komanda deyildilər”.

Qeyd edək ki, Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisinə dəvət alır. Yarımmüdafiəçi yığmanın heyətində ümumilikdə 42 oyun keçirib.

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Kaka: "Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur"

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

"Frayburq"un baş məşqçisi: "Qarabağ"la matçda kimlərin oynayacağını demək istəmirəm"

Futbol
"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Futbol
"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

Futbol
Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Xames Rodriges "Qarabağ"a qarşı oynamaya bilər

Futbol
Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

Futbol
"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

"Kəpəz"in müvəqqəti baş məşqçisi açıqlanıb

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"