AVRO-2024: 6 komandanın seçmə mərhələdən vəsiqə qazanmaq şansı bitib

AVRO-2024: 6 komandanın seçmə mərhələdən vəsiqə qazanmaq şansı bitib

AVRO-2024-ün seçmə mərhələsinin V və VI turunun oyunlarından sonra 6 komandanın bu turnirdən final mərhələsinə yollanmaq şansı bitib.

“QELEBE.AZ”un məlumatına görə, bunlar Kipr, Cəbəllütariq, Latviya, Estoniya, San Marino və Lixtenşteyndir.

Adıçəkilən yığmaların yer aldıqları qrupda ilk iki pillədə qərarlaşmayacaqları artıq dəqiqdir. Ancaq bəzilərinin UEFA Millətlər Liqasından belə bir imkan əldə etmələri mümkündür. Bu isə AVRO-2024-ün seçmə mərhələsinin yekun nəticələrindən asılı olacaq.

Eyni zamanda, Azərbaycan, Malta, Farer adaları, Bolqarıstan, Litva və Andorranın tsikldən final mərhələsinə vəsiqə qazanmaq şansı möcüzəyə bağlıdır.

F qrupunda qərarlaşan Azərbaycan millisinin hesabında 1 xal var. Canni De Byazinin yetirmələri bundan sonra maksimum nəticə göstərsə, qrupu 13 xalla başa vuracaqlar. Hazırda isə ilk iki pillədə qərarlaşan Belçika və Avstriya 13 xala malikdirlər. Növbəti turda bu iki yığmanın üz-üzə gələcəyini nəzərə alsaq, millimiz ən yaxşı halda 2-ci pilləyə nəzəri şanslarını qoruyur. Bunun üçün Avstriya – Belçika qarşılaşmasında tərəflərdən biri qalib gəlməli, məğlub olan komanda digər matçlarında da uduzmalıdır. Bu baş verərsə və Azərbaycan qalan 4 matçın hamısında qalib gələrsə, xallar bərabərləşəcək. Bu halda isə şəxsi oyunların nəticələrinə baxılacaq. Əlbəttə, 6 xala malik İsveç də son üç qarşılaşmada 6-dan çox xal toplamamalıdır.

Yuxarıda adları çəkilən digər komandalar da yığmamız kimi bundan sonra maksimum xal toplasalar belə, qrupda ikinci olmaq ehtimalları cüzidir.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində növbəti tura oktyabrın 12-də start veriləcək. Azərbaycan millisi oktyabrın 13-də Estoniyanın qonağı olacaq, 16-da isə Avstriyanı qəbul edəcək.

Futbol
UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

Futbol
"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

"Napoli" və "Atalanta"nın prezidentləri həbs oluna bilər

Futbol
“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

“Qəbələ”nin prezidenti: “Oyunların süni meydançada keçirilməsi Premyer Liqanın imicinə mənfi təsir göstərir” - MÜSAHİBƏ

Futbol
İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

İngiltərəli futbolçu yeni dünya rekordu müəyyənləşdirib

Futbol
Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Emeri İngiltərə klubunun baş məşqçisi təyin olunub

Futbol
Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Futbol
Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Yoldaşlıq oyunu: İsveç millisi əzmkar qələbə qazanıb

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

“Neftçi”nin xorvatiyalı qapıçısı: “İkinci yarıda azarkeşləri sevindirəcəyik”

Futbol
Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qalıb

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”