Azərbaycan millisi yoldaşlıq oyununda qələbə qazanıb - YENİLƏNİB - 6

Azərbaycan millisi yoldaşlıq oyununda qələbə qazanıb - YENİLƏNİB - 6

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.

21:38

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan yığması yenidən hesabda önə keçib - 2:1.

79-cu dəqiqədə Renat Dadaşov fərqlənib.

21:16

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, rəqibin heyətində Nizar Əl Raşdan 57-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

21:04

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci hissə başlayıb.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan yığması 1:0 hesabı ilə öndədir.

Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.

20:47

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45+1-ci dəqiqədə penaltidən fərqlənib.

Tərəflər fasiləyə bu hesabla yollanıblar.

20:00

Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.

“QELEBE.AZ” xəbər verir ki, “Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın əvvəlində Mərakeşdə zəlzələ nəticəsində dünyasını dəyişənlər bir dəqiqəlik sükutla yad olunub.

Görüşü türkiyəli FIFA referisi Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

19:09

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, Ehsan Haddad, Nizar Əl Raşdan, Rajaei Ayed, Anas Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub

Futbol
Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Mahmud Qurbanov: "Hər oyundan sonra məni göndərib, yeni baş məşqçi gətirirlər"

Futbol
Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Azərbaycan Premyer Liqasının oyunu sükutla başlayıb

Futbol
“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

“Qarabağ”ın rəqibi koronavirusa yoluxub

Futbol
Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

"Qarabağ" Marko Veşoviçlə 2 illik müqavilə imzalayıb

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”