“Azərreyl” xorvatiyalı hücumçunu transfer edib

“Azərreyl” xorvatiyalı hücumçunu transfer edib

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi daha bir oyunçunun transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Hücumçu ardınca ABŞ-a yollanıb. O, burada “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin (2015-2016) formasını geyinib.

Pilepiç 2016/2017 mövsümündə Asiyada - Filippin klubunda çıxış edib. 2 il burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl”in yeni transferi 2018-ci ildə Avropaya qayıdıb. Katarina Yunanıstan “ AO Tiras”ına keçib. Voleybolçu ardınca Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouç” (2021) klublarında oynayıb. Pilepiç son 2 mövsümü isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Katarina Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb. Voleybolçunun kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var.

Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

Top oyunları
Basketbol üzrə Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırılıb

Basketbol üzrə Azərbaycan millisi reytinq cədvəlindən kənarlaşdırılıb

Top oyunları
Basketbol üzrə Azərbaycan yığması dünya reytinqinə qayıdıb

Basketbol üzrə Azərbaycan yığması dünya reytinqinə qayıdıb

Top oyunları
Azərbaycan çempionatının adı dəyişdirilib

Azərbaycan çempionatının adı dəyişdirilib

Top oyunları
“Azərreyl” avrokubok üçün heyətini açıqlayıb

“Azərreyl” avrokubok üçün heyətini açıqlayıb

Top oyunları
Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Türkiyə-Gürcüstan matçında insident yaşanıb

Top oyunları
Azərbaycan çempionu avrokubokda hər 2 oyununu Bakıda keçirəcək

Azərbaycan çempionu avrokubokda hər 2 oyununu Bakıda keçirəcək

Top oyunları
Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzalayıb

Azərbaycanlı hücumçu Çin klubu ilə müqavilə imzalayıb

Top oyunları
Cavid Qurbanov: "Faiq Qarayevdən sonra davamçısı yetişmədi"

Cavid Qurbanov: "Faiq Qarayevdən sonra davamçısı yetişmədi"

Top oyunları
Rumıniya AVRO-2025-in ev sahibi olacaq

Rumıniya AVRO-2025-in ev sahibi olacaq

Top oyunları
Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib

Azərbaycan millisi 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib

Top oyunları
“Azərreyl” avrokubok oyunlarını Almaniyada keçirəcək

“Azərreyl” avrokubok oyunlarını Almaniyada keçirəcək

Top oyunları
Azərbaycan Avropa Liqasından kənar qalıb

Azərbaycan Avropa Liqasından kənar qalıb