Azərbaycan millisinin baş məşqçisi: "Yüksək Liqada işimiz çətin olacaq"

Azərbaycan millisinin baş məşqçisi: "Yüksək Liqada işimiz çətin olacaq"

"Komandanın adı U-19 olsa da, üzvlərimizin hamısı 16-17 yaşlılardır. Əlbəttə, çətin olacaq. Digər tərəfdən, Yüksək Liqa futzalçıların təcrübə toplaması, oyunlarda “bişməsi” üçün bir platformadır".

"Report"un məlumatına görə, bunu 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Yüksək Liqada mübarizə aparmaları barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis seçim imkanlarının az olduğunu bildirib: "Komandamızın əsas tapşırığı Avropa çempionatı ilə bağlıdır. Avqustun 23-dən məşqlərə başlamışıq. Ona qədər Belarusda keçirilən turnirdə iştirak etdik. Geri döndükdən sonra heyət üzvlərinin, demək olar, əksəriyyətini dəyişdik. Çünki yaşla əlaqədar həmin futzalçılar növbəti seçmə mərhələdə bizə kömək edə bilməyəcəkdilər. Ona görə 2006-07-ci il təvəllüdlü oyunçulara üstünlük verdik. Təxminən 20-yə yaxın futzalçı məşqlərdə iştirak edir. Seleksiya xarakterli hazırlıq prosesinə qatılanlar arasında ötən il U-17-nin formasını geyinən futzalçılar da var. Yeniləri də sınadıq ki, görək, güclü olanları varsa, komandaya dəvət edək".

Aslanov izlədikləri klublarda bəzi oyunçuların diqqətlərini cəlb etdiyini söyləyib: "Onlarla danışırıq, komandaya dəvət edirik. Amma əksəriyyəti futbolu seçir. Yenə ruhdan düşmürük, işimizi davam etdiririk. Çalışırıq ki, 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qədər yaxşı komanda quraq”.

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.

Futbol
Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

Futbol
Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

Futbol
“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

“Sumqayıt” klubu futbol akademiyası ilə bağlı yeniliklər etməyə hazırlaşır

Futbol
"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

"Qarabağ" hücum bölgəsində ən çox oynayan komandadır

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

İran mundiallar tarixində ilk dəfə Avropa komandasına qalib gəlib

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb