"Zəngəzur"un oyunçusu: "Minifutbol ölkəmizdə inkişaf edib"

"Zəngəzur"un oyunçusu: "Minifutbol ölkəmizdə inkişaf edib"

"Minifutbol ölkəmizdə inkişaf edib. Təklif gələn kimi dəyərləndirdim".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə UEFA Avropa Kubokunda təmsil edəcək "Zəngəzur"un oyunçusu Əfran İsmayılov deyib.

O, burada iştirak etməyi çox istədiyini bildirib: "Araz-Naxçıvan" klubu icazə verdiyi üçün onlara təşəkkür edirəm. Orada köməkçi məşqçi kimi çalışıram. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzulayıram. Minifutbola əvvəldən marağım var idi. Komandanın uğurları üçün nə lazımdırsa, edəcəyik. Formaya düşsək, yaxşı nəticə də qazana bilərik. Bu, sevdiyim peşədir. Mən maddiyyatı düşünmürəm. Dəvət göndəriblərsə, mütləq kömək edəcəyəm".

İsmayılov minifutbol komandası yaradacağını və Azərbaycan çempionatında mübarizə aparacağını sözlərinə əlavə edib: "Rauf Əliyev və Rahid Əmirquliyev kimi sabiq futbolçular komandamızda yer alacaqlar. Layiqli şəkildə çıxış etmək istəyirik. Oyunçular məni gözləyirlər. Yeni komandada baş məşqçi ola bilmərəm. Bizə mütləq minifutbolu bilən mütəxəssis lazımdır. Çünki bu idman növünün öz incəlikləri var".

Əjdər Əjdərov
Əjdər Əjdərov

Komandanın baş məşqçisi Əjdər Əjdərov hazırlıqlarının qısa çəkdiyini söyləyib: "Heyətə yeni oyunçular da cəlb etmişik. Yaxşı nəticə üçün çalışacağıq".

Qeyd edək ki, "Zəngəzur" UEFA Avropa Kubokunun A qrupunda "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) ilə üz-üzə gələcək.

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub

Futbol
"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

"Neftçi" İtaliyada "Roma"ya minimal hesabla uduzub

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

"Kəpəz"in baş məşqçisi Rauf Əliyevlə bağlı məsələyə aydınlıq gətirib

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb

Türkiyə millisində baş məşqçi ilə bağlı qərar açıqlanıb