Nicat Abasov yeniyetmə şahmatçılarla görüşüb
Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak edəcək yeniyetmələrlə görüşüb.
Azərbaycan Şahmat Federasiyasından “Report”a verilən məlumata görə, təcrübəsini yeniyetmələrlə bölüşən beynəlxalq qrossmeyster mötəbər yarışlara hazırlıq prosesindən danışıb.
Şahmatçıların suallarına cavab verən Nicat Abasov onlara qitə çempionatında uğurlar arzu edib.

https://qelebe.az//uploads/photo/nicat-abasov-yeniyetme-shahmatchilarla-gorushub.webp











