Bakıda keçirilən dünya çempionatını fərqləndirən 13 rekord

Bakıda keçirilən dünya çempionatını fərqləndirən 13 rekord

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatını maraqlı edən məqamlardan biri də rekordlardır.
"Report" xəbər verir ki, avqustun 29-dək mundialda 7 yeni rekord qeydə alınıb, 6 növdə isə mütləq nəticə təkrarlanıb.
Xüsusilə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma növündə qızıl medal qazanan Li Yuehonq tarixi rekorda imza atıb. O, mümkün 40 atışdan 39-nu dəqiq yerinə yetirməklə buna nail olub.
50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında yarışda ABŞ komandası 1774 xal toplayaraq yeni dünya rekordu müəyyənləşdirib. Şimali amerikalılar əvvəlki göstəricini 19 xal yaxşlaşdırıblar.
Dairəvi stend atıcılığında da qadınlardan ibarət ABŞ komandası yeni rekorda sahib çıxıb. Ostin Ceuell Smit, Dania Jo Vitsi və Samanta Simonton "üçlüy"ü 365 xalla buna nail olublar.
ABŞ təmsilçiləri dairəvi stend atıcılığının qarışıq komanda növündə də rekord imza atıblar. Təsnifat mərhələsində Ostin Ceuell Smit və Vinsent Hankok cütlüyü 149 xal toplayaraq bu uğuru gerçəkləşdiriblər.
50 metr məsafəyə uzanaraq atəşaçma yarışının qarışıq komanda növündə isveçrəlilər rekord sahibi olublar. Çiara Leone və Yan Loxbihler cütlüyü ümumilikdə 1249.7 xal toplayıblar.
Bakı mundialının yaddaqalan atıcılarından biri 19 yaşlı çinli Qiongyu Janq olub. Gənc olmasına baxmayaraq, böyüklərlə mübarizəyə qatılaraq 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında yarışda çıxış edən idmançı qızıl medal qazanmaqla 2 uğura imza atıb. Təsnifat mərhələsində dünya rekordu qıran Q.Janq finalda da buna nail olub.
Təkrarlanan rekordların sayı isə daha çoxdur. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma yarışlarında Çin komandası 1756 xal toplamaqla son rekorda çatıb.
Qadınlar arasında 25 metr məsafəyə tapancadan atəşaçma yarışında Doren Vennekamp mümkün 40 xal toplamaqla rekordu təkrarlayıb.
300 metr məsafəyə uzanaraq atəşaçma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç 3-cü dəfə dünya çempionu olmaqla yanaşı, maksimum - 600 xal toplayaraq dünya rekordunu təkrarlayıb.
Stend atıcılığının səngər növündə qadınlardan ibarət İtaliya komandası 354 xal toplayaraq dünya rekordunu təkrarlayıb.
Kişilərin dairəvi stend atıcılığında isə 2 idmançı bu uğura nail olub. ABŞ təmsilçisi Vinsnet Hankok və misirli Azmi Mehelba mümkün 125 xalın hamısını toplamağı bacarıblar.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının məlumatına görə, indiyədək atıcılıq üzrə heç bir dünya çempionatında bu qədər rekord qeydə alınmayıb.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Azərbaycanın iki güləşçisi Dünya Kubokunda iştirak edəcək

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ilk final görüşündə uduzub

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Fərdi
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib