Azərbaycan üzgüçüsü beynəlxalq festivalda gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü beynəlxalq festivalda gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, 37 ölkənın üzgüçülərinin qatıldığı turnirdə həmyerlimiz 200 metr batterflyay üsulunda üzmədə yalnız yerli idmançı, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalıb.

Bu üsulda üçüncü yeri Rusiyanın Ural Dövlət Universitetinin tələbəsi Dmitri Noviçkov tutub.

Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov əldə edilən nailiyyəti dəyərləndirib. O, bu il turnirə Rusiyadan qatılan idmançıların sayının çox olduğunu bildirib: “Əvvəlki universiadalarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçünün qatılmasına icazə verilirdi. Bu il bu qayda dəyişdirilərək, hər universitetdən iki idmançının qatılması qərara alınıb. Bu isə Rusiyada daha çox idmançının yarışlarda iştirakı deməkdir. Odur ki, bu il Beynəlxalq Universitet İdman Festivalında mübarizə çox gərgin alındı. Ramil Vəlizadə belə bir çətin mübarizə şəraitində gümüş medal qazana bildi”.

Baş məşqçinin sözlərinə görə, Azərbaycanın digər üzgüçüsü Fatimə Alkərəmova iki dəfə finala vəsiqə qazansa da, ilk “üçlüy”ə düşə bilməyib.

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizəni iki medalla başa vurublar

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

"Vüqar Həşimov Memorialı-2022" turnirinin qalibi müəyyənləşib

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Mehriban Əliyeva Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib

Fərdi
Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Qış Olimpiya Oyunlarını izləyənlərin sayı açıqlanıb

Fərdi
Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Suqovuşanda avarçəkmə üzrə "Mingəçevir Reqatası" start götürür

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub