Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB - 12

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb - YENİLƏNİB - 12

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı finalda İsrail təmsilçisi İzak Aşpizə uduzub.

Bu gün, həmçinin, 66 kq-da Əbil Yusubov və 52 kq-da Xədicə Qədəşova da final görüşünə çıxacaqlar.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

16:45

Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Qədəşova adını finala yazdıraraq fransalı Alissiya Poulangeyə rəqib olub.

Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.

Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

16:05

Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev yarımfinalda litvalı Simas Polikeviçyusdan güclü olub.

66 kq-da isə Əbil Yusubov eyni mərhələdə gürcüstanlı Giorgi Givişvilini məğlubiyyətə uğradıb.

15:52

Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda braziliyalı Rafaela Rodrigesə qalib gəlib.

Qədəşova bu raundda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gələcək.

15:32

Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda ispaniyalı Maria Monteneqroya qalib gəlib.

Qədəşova bu mərhələdə braziliyalı Rafaela Rodrigeslə görüşəcək.

15:25

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda rumıniyalı Tudor Mosoini məğlub edib.

15:12

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda özbəkistanlı İnoyat Telmanova qalib gəlib.

14:49

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Johan Qbinqbehi ilə dueldən qalib ayrılıb.

Daha əvvəl Əbil Yusubov (66 kq) eyni nəticəni göstərib.

66 kq-da yer alan digər cüdoçu Cəsur İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya, qız cüdoçulardan 48 kq-dakı Vüsalə Hacıyeva isə eyni raundda özbəkistanlı Zarina Camalovaya yenilib.

14:23

Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ukraynalı Danilo Fedoriki məğlub edərək 1/4 finala yüksəlib.

52 kq-da isə Xədicə Qədəşova 1/16 finalda serbiyalı Mina Qaciçi üstələyib.

13:50

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı Xorvatiyada təşkil olunan dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Tom Bulociniçlə qarşılaşıb.

Görüşü qələbə ilə başa vuran İbadlı 1/8 finalda braziliyalı Antonio Roçaya rəqib olub. O, daha əvvəl paraqvaylı Aqustin Ledesmanı mübarizədən kənarlaşdırmışdı.

13:10

Azərbaycanın daha bir cüdoçusu Məhəmməd Musayev Xorvatiyada təşkil olunan dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Belçikanı təmsil edən Amsar Camaldinovu məğlub edib.

12:53

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Əbil Yusubov Xorvatiyada keçirilən dünya çempionatında qələbə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Mişiqtoqo Tsedendamba (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Yusubov növbəti mərhələyə yüksəlib.

12:38

Azərbaycanın iki yeniyetmə cüdoçusu Cəsur İbadlı və Vüsalə Hacıyeva Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıblar.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən İbadlı 1/32 finalda Paraqvay təmsilçisi Aqustin Ledesmaya qalib gəlib.

48 kq-da isə Hacıyeva 1/16 finalda ispaniyalı Klaudia Pla Belmontedən güclü olub.

Qeyd edək ki, bu gün, həmçinin, Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) və Xədicə Qədəşova (52 kq) tatamiyə çıxacaqlar. Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.

Fərdi
Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Azərbaycan yığmasına Rusiyadan yeni fiqurlu konkisürən cəlb olunub

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verilib

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb