Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib - YENİLƏNİB - 9

Dünya çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib - YENİLƏNİB - 9

Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Məmişov macarıstanlı Bence Qaloya, 55 kq-da isə Mirxaliq İskəndərov Monqolustan təmsilçisi Munx-Orgil Suvd-Erdeneyə qalib gəlib.

Daha əvvəl 50 kq-da Məhəmməd Məmişov da eyni nəticəni göstərib.

14:50

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Arşak Bekçyana qalib gələrək 1/4 finala adlayıb.

O, daha əvvəl Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub etmişdi.

14:33

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzakla üz-üzə gəlib.

Rəqibinə uduzan Mirzəzadə çıxışını başa vurub.

Daha əvvəl qızlardan Nigar Məmişova (40 kq) və Məryəm Bayramzadə (44 kq) uğursuzluqla üzləşib.

13:44

Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Xorvatiyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda Bosniya və Herseqovinadan olan Stefan Vinciçi məğlub edib.

Beləliklə, bu gün mübarizəyə qoşulan oğlan cüdoçuların hamısı ilk görüşlərində qalib gəliblər.

13:34

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov Xorvatiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşının məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Fransa təmsilçisi Amza Çattiyə qalib gəlib.

Məmişov növbəti mərhələdə macar Bence Qalo ilə üz-üzə gələcək.

13:27

Azərbaycanın daha bir qız cüdoçusu Nigar Məmişova Xorvatiyada keçirilən yeniyetmələrin dünya çempionatında mübarizəni dayandırıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 40 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Türkmənistan təmsilçisi Dilara Kandimovaya yenilib.

Daha əvvəl Məryəm Bayramzadə (44 kq) çıxışını başa vurub.

13:20

Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında ilk görüşünə çıxıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda fransalı Tiaqo Talonla üz-üzə gəlib.

"Qızıl" xal bölümündə qalib gələn İskəndərov növbəti mərhələyə vəsiqə qazanıb.

13:10

Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda tacikistanlı Loiq Kudbodinovla üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Mirzəzadə növbəti mərhələyə yüksəlib. O, qazaxıstanlı Oralbek Bayzakla görüşəcək.

13:04

Azərbaycanın yeniyetmə cüdoçusu Məryəm Bayramzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"QELEBE.AZ"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 44 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Moldova təmsilçisi Qabriela Herta ilə üz-üzə gəlib.

Bayramzadə "qızıl" xal bölümündə rəqibinə məğlub olub.

Qeyd edək ki, bu gün, həmçinin, oğlanlardan Məhəmməd Məmişovla Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq) və Nigar Məmişova (40 kq) tatamiyə çıxacaq. Turnir avqustun 27-də başa çatacaq.

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Azərbaycan avarçəkəni Türkiyədəki turnirdə qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın 2 güləşçisi finala vəsiqə qazanıb

Fərdi
Braziliyalı əfsanəvi boksçu vəfat edib

Braziliyalı əfsanəvi boksçu vəfat edib

Fərdi
Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışıb: "Mənim üçün çox çətin idi"

Fərdi
Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq