Olimpiya çempionu: "Dünya çempionatının Azərbaycanda keçirilməsini alqışlayıram"

Olimpiya çempionu: "Dünya çempionatının Azərbaycanda keçirilməsini alqışlayıram"

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatını izləyənlər arasında Birləşmiş Ərəb Əmirlikləri Atıcılıq Federasiyasının prezidenti Şeyx Əhməd Bin Məhəmməd Bin Haşer Əl-Maktum da var.

2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keçmiş idmançı "QELEBE.AZ"un suallarını cavablandırıb.

- Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.
- Bu, ölkənizə ikinci səfərimdir. Bizim ölkədən olan insanlar Azərbaycanı çox bəyənir. Mən də onlardan biriyəm. Maraqlısı budur ki, Azərbaycan bir mövsümdə yox, ilboyu gözəldir. Həm yayı maraqlı olur, həm də qışı. Burada insan rahatlığı üçün hər şey var: təbiət, dağlar, meşələr, göllər, çaylar

- Bakıda turnir kənardan necə görünür?
- Hər şeydən əvvəl bu cür möhtəşəmn yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Hamı buradadır, 100-dən çox ölkədən iştirakçılar və federasiyaların nümayəndələri gəlib. Təşkilat Komitəsi bütün işləri möhtəşəm şəkildə qurub. Sistem “Rolex” saatı kimi işləyir. Bu, ilk dəqiqələrdən hiss olunur.

- Atış meydanları necədir?
- Mərkəzin özü çox mükəmməldir. Atış üçün hər cür şərait yaradılıb. Heç kim heç nəyi bəhanə edə bilməz. Buna görə də nəticələr və ballar yüksəkdir. Maraqlısı budur ki, stend, tapança və tüfəng atıcılığı eyni yerdə cəmlənib. Hər kəs bir-birini görür, görüşür, münasibət qura bilir. Bu da idmanı gözəlləşdirən amildir.

- Vaxtilə özünüz də peşəkar atıcı olmusunuz. Deyəsən, daha məşğul olmursunuz.
- Afina Olimpiadasında qızıl medal mükafatçısıyam. Bundan başqa 6 dəfə dünya kubokunun sahibi olmuşam. 2005-ci ildə peşəkar karyeramı başa vurdum. Artıq istirahət edirəm və ailəmin qayğısına qalıram.

- Dünya çempionatında BƏƏ-dən olan atıcıları da görmək mümkündür. Onların medal qazanmaq ehtimalı nə dərəcədə realdır?
- Ölkəmizin ən yaxşılarını seçib gətirmişik. Lakin onlar digər ölkələrdən olan atıcılarla mübarizə aparacaq qədər yüksək səviyyədə deyil. Hazırda qarşımızda duran əsas məqsəd gəncləri cəlb edib, onların inkişafına nail olmaqdır.

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov polşalı şahmatçıya uduzub

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan güləşçisi dünya çempionu olub - YENİLƏNİB

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib