Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

"QELEBE.AZ" xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz mübarizəyə start verib.

Fərid Sadıxlı (55 kq) macarıstanlı Edmond Domokosa (8:0) və iordaniyalı Xalid Əhmədə (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimiz özbəkistanlı Əlişir Qəniyevlə gərgin keçən görüşdə də sevinən tərəf olub - 5:1. Sadıxlı yarımfinalda isə iranlı Əli Vəfanı ilk hissədə xalçadan məyus yola salıb - 9:0. Fərid sabah finalda qazaxıstanlı İsxar Kurbayevlə qarşılayacaq.

Fəraim Mustafayev (63 kq) təsnifat mərhələsində ermənistanlı Yurik Hoveyana xalların keyfiyyətinə görə (7:7) məğlub olub.

Davud Məmmədov (77 kq) debütdə gürcüstanlı Tornike Mikeladzeyə uduzub - 0:2.

Əli Quliyev (87 kq) 1/8 finalda fransalı Ali Maqamadova minimal fərqlə (8:9) məğlub olub.

Məzaim Mərdanov (130 kq) ilk mərhələdə misirli Fekri Eissaya müqavimət göstərə bilməyib - 0:9.

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Rəşad Rəsullu: "Bizə elə legioner cüdoçu lazımdır ki, gələn kimi nəticə versin"

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Dünya Kuboku: Azərbaycan təmsilçisi ağrıkəsici ilə güləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Fərdi
AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək

Gələn il Bakıda MINEPS VII konfransı keçiriləcək