"Qarabağ"ın "Olimpiya" ilə oyunlarının dəqiq vaxtı müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi oyunların dəqiq vaxtı bəlli olub.
"Report"un məlumatına görə, avqustun 24-də səfərdə gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionundakı görüş isə saat 20:00-da start götürəcək.

https://qelebe.az//uploads/photo/qarabagin-olimpiya-ile-oyunlarinin-deqiq-vaxti-mueyyenleshib.webp











