Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər

Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı səfər oyununda dəstəkləyəcəklər

Azərbaycanlı azarkeşlər “Qarabağ”, “Neftçi” və “Sabah”ı avrokubokların III təsnifat mərhələsində keçirəcəkləri səfər oyununda dəstəkləyəcəklər.

Adı çəkilən komandaların mətbuat xidmətlərindən “QELEBE.AZ”a verilən məlumata görə, “Qarabağ” UEFA Avropa Liqasında HİK-lə Finlandiyada, “Neftçi” UEFA Konfrans Liqasında “Beşiktaş”la Türkiyədə, “Sabah” isə eyni turnir çərçivəsində “Partizan”la Serbiyadakı görüşdə dəstəksiz qalmayacaq.

Klubların hər birinə bununla bağlı müraciət daxil olub. Finlandiya və Serbiyada yaşayan azərbaycanlılar müvafiq olaraq “Qarabağ”la “Sabah”ın oyunu zamanı tribunalardakı yerlərini tutacaqlar. “Neftçi”ni dəstəkləyənlər arasında isə həm Azərbaycandan gedənlər, həm də Türkiyədə yaşayanlar olacaq.

Qaydalara görə, avrokubok oyunu zamanı səfər komandasının azarkeşlərinə stadionun tutumunun 5 faizi ayrılır. Avqustun 17-də “Qarabağ” Helsinki Olimpiya Stadionunda (36251 tamaşaçı tutumu) HİK-in, “Neftçi” “Beşiktaş” stadionunda (42590) “Beşiktaş”ın, “Sabah” isə “Partizan” stadionunda (29775) “Partizan”ın qonağı olacaq.

Qeyd edək ki, Bakıda baş tutan ilk matçlarda “Qarabağ” (2:1) və “Sabah” (2:0) qələbə qazanıb, “Neftçi” (1:3) məğlub olub.

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Daha bir ölkə dünya çempionatı üçün yekun heyətini açıqlayıb

Futbol
Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Qara Qarayev: "Millidən kənarda qalmaq məni məyus edir"

Futbol
Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Pele ilə vida mərasimi “Santos” klubunun stadionunda keçiriləcək

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
UEFA Emre Belözoğlunu cəzalandırıb

UEFA Emre Belözoğlunu cəzalandırıb