“Araz-Naxçıvan”ın futbolçusu: “Ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”

“Araz-Naxçıvan”ın futbolçusu: “Ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”

“Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm”.

“Report”un məlumatına görə, bunu “Araz-Naxçıvan”ın futbolçusu İsmail Azzaui “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının II turunun oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Belçikalı yarımmüdafiəçi hələ tam formada olmadıqlarını söyləyib: “İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları dəqiq dəyərləndirə bilmədik və yenildik. Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq, “Qəbələ”yə qarşı matçda onları təkrarlamadıq. Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda addım-addım irəliləyir. Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq. Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq”.

Cari mövsümdə Naxçıvan təmsilçisinin ilk qolunun müəllifi olan 25 yaşlı oyunçu buna görə xoşbəxt olduğunu bildirib: “Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm. Uyğunlaşma baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun davamı gələcək”.

İsmail Azzaui III turda “Qarabağ”a qarşı baş tutacaq görüşə də toxunub: “Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir. Xüsusilə də, avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda bir həftə vaxtımız var. Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Araz-Naxçıvan” matçı avqustun 20-də keçiriləcək.

Futbol
Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Türkiyə Kuboku: "Beşiktaş" əzmkar qələbə ilə mərhələ adlayıb

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Rusiya klubu Kurban Berdıyevin baş məşqçi təyin olunduğunu açıqlayıb

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

UEFA prezidenti: "Superliqa layihəsi ortaya çıxanda zəng vurub hədə-qorxu gəlirdilər"

Futbol
"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Qara Qarayev: "Füzuliyə qayıdacam"

Qara Qarayev: "Füzuliyə qayıdacam"