"Partizan"ın baş məşqçisi: "Saldanya "Sabah"la bağlı bütün məlumatları bizə ötürüb"

"Partizan"ın baş məşqçisi: "Saldanya "Sabah"la bağlı bütün məlumatları bizə ötürüb"

"Mateus Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb".

"QELEBE.AZ"un məlumatına görə, bunu Serbiyanın "Partizan" komandasının baş məşqçisi İqor Dulyay Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini bildirib: "Komanda 2017-ci ildən yarandığı üçün zəif və ya güclü olduğunu söyləmək çox çətindir. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdur. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. "Sabah"ın heyətində bir-iki maraqlı futbolçu var. Ciddi rəqibdir. Bununla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər".

Serbiyalı mütəxəssis "Sabah"dakı həmkarı Murad Musayevin keyfiyyətli məşqçi olduğunu söyləyib: "Gəncdir, komandasında istedadlı oyunçular. Topu itirəndə daha təhlükəli olurlar. Ehtiyatlı olmalıyıq, sürətli futbolçuları var. Maraqlı və çətin oyun olacaq".

Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.

Futbol
FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

FIFA referisi: “Azərbaycan çempionatını idarə etmək daha çətindir”

Futbol
Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son beş mövsümün azarkeş rekordu qeydə alınıb

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Fransa çempionu 46 yaşında onkoloji xəstəlikdən vəfat edib

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
AFFA rəsmisi "Fiorentina"nın oyununa təyinat alıb

AFFA rəsmisi "Fiorentina"nın oyununa təyinat alıb

Futbol
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmasının əleyhinədir

Futbol
Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: Daha iki komanda 1/4 finala yüksəlib

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu 1-ci olub, müdafiəçisi "5-lik"də yer alıb

Futbol
Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox ötürmə verən komandalar bəlli olub