“Qarabağ”ın Avropa Liqasındakı rəqibi: Finlandiya rekordçusu - ARAŞDIRMA

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi: Finlandiya rekordçusu - ARAŞDIRMA

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi HİK Finlandiyanın ən titullu klubudur.

“QELEBE.AZ”un məlumatına görə, 32 dəfə ölkə çempionu olan Helsinki təmsilçisi bu baxımdan rekordçudur.

Komanda, eyni zamanda, 14 dəfə Finlandiya Kubokunu, 6 dəfə Liqa Kubokunu başı üzərinə qaldırıb.

Ümumiyyətlə, 1907-ci ildə yaradılan HİK daha çox yüksək liqa hesab edilən Veykkausliqada mübarizə aparıb. HİK-in digər rekordu UEFA Çempionlar Liqası ilə bağlıdır. Belə ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak etmiş yeganə Finlandiya komandasıdır. Bu, 1998/1999 mövsümünə təsadüf edib. HİK həmçinin, 2014/2015 və 2022/2023 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyib.

Gerbini bir əsrdir dəyişməyən komandanın ənənəvi geyim dəsti ağ zolaqlı formadır. Klubun hazırkı ev stadionu olan 10 770 nəfərlik tutuma malik “Bolt Arena” 2000-ci ildən fəaliyyət göstərir.

Finlandiya çempionatı yaz-payız sistemi ilə keçirildiyindən, Veykkausliqada mövsümün ilk mərhələsi artıq başa çatmaq üzrədir. Yayda ardıcıl uğursuz nəticələr baş məşqçi Toni Koskelanın istefasına səbəb olub. Onun əvəzinə isə köməkçisi Toni Korkeakunnas baş məşqçi təyin edilib. 18 turdan sonra 34 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan komanda lider KuPS-dan cəmi 1 xal geri qalır. Son çempionun liqanın ikinci mərhələsində ilk “altılıq”da qərarlaşacağı, demək olar ki, dəqiqləşib.

HİK-də heyətin əsasını yerli futbolçular təşkil edir. Təsadüfi deyil ki, avrokuboklar üçün sifariş edilən 26 oyunçudan cəmi 5-i əcnəbidir. Heyətdə kifayət qədər milli üzvü var. Tomas Ollila, Niko Hamalaynen, Santeri Hostikka, Lukas Linqman, Rup Riski, Matti Peltola, Miro Teno, Valtteri Moren, Piri Soiri, Antoni Olusanya Finlandiya, Deyan İliyev isə Şimali Makedoniya yığmasına dəvət alırlar.

Finlandiya çempionu bu mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali İrlandiya təmsilçisi “Larne”ni çətinliklə üstələyib. Evdə 1:0 hesablı qələbə qazanan Korkeakunnasın yetirmələri səfər matçının əlavə olunmuş dəqiqələrində bərabərlik qolunu vuraraq (2:2) mərhələ adlayıblar. Komanda II raunda Norveç “Molde”sinə də doğma arenada yeganə qol sayəsində qalib gəlib. Lakin səfərdə 0:2 hesablı məğlubiyyət HİK-in Avropa Liqasına yuvarlanmasına səbəb olub.

Qeyd edək ki, “Qarabağ”la HİK arasında ilk oyun avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə 17-də Helsinkidəki “Bolt Arena”da keçiriləcək.

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb

Futbol
"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

Futbol
“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

Futbol
Türkiyə klubuna transfer qadağası qoyulub

Türkiyə klubuna transfer qadağası qoyulub

Futbol
Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Xorvatiya millisinin futbolçusu "Qarabağ"la oyunda iştirak edə biləcək

Futbol
Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

Futbol
Argentina 3 qat dünya çempionu olub

Argentina 3 qat dünya çempionu olub

Futbol
Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub

Portuqaliya yığmasına yeni baş məşqçi təyin olunub