Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb - YENİLƏNİB-6

Çempionlar Liqası: “Qarabağ” “Rakuv”a məğlub olaraq, Avropa Liqasına yuvarlanıb - YENİLƏNİB-6

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib.

“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün məğlubu olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

21:22

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.

60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.

21:14

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.

21:07

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüşün ilk yarısından sonra hesab açılmayıb.

20:50

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

“QELEBE.AZ”un məlumatına görə, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.

19:15

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və "Rakuv"un start heyətləri açıqlanıb.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

"Rakuv": 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski
Baş məşqçi: David Şvarqa

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Futbol
"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

"Nant"ın baş məşqçisi: "Bakıda uduzduğumuz oyundan sonra geridönüş etdik"

Futbol
DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

DÇ-2022: Kosta-Rika Yaponiyanı məğlub edib

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Azərbaycan Kuboku: “Səbail” “Sabah”ı məğlub edib

Futbol
Premyer Liqa: Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının hakimləri bəlli olub

Premyer Liqa: Neftçi" və "Qarabağ"ın növbəti oyunlarının hakimləri bəlli olub

Futbol
Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Kulinariya günündə PFL-dən sorğu: Legionerlər hansı yeməkləri sevir?

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" ilk qələbəsini qazanıb

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Azərbaycan millisi səfərdə Moldovaya qalib gəlib

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
Onilliyin 11 bombardiri açıqlanıb

Onilliyin 11 bombardiri açıqlanıb

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb