Murad Musayev: “Bir səhv hər şeyi məhv edə bilər”

Murad Musayev: “Bir səhv hər şeyi məhv edə bilər”

“İlk matçdakı qələbə hələ heç nə demək deyil. Bir səhv hər şeyi məhv edə bilər. Kifayət qədər diqqətli oynamalıyıq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Latviyanın RFŞ komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis rəqibin zəif olmadığını bildirib: “RFŞ güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qruplarda çıxış ediblər. Fikrimcə, Latviyanın ən güclü komandasıdır. Sabah klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün uzun yol qət etdik. Bizi çətin oyun gözləyir”.

O, III raunddakı potensial rəqib olan Serbiya “Partizan”ı barədə düşünmədiklərini söyləyib: “Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFŞ-i keçməkdir. Sonrakı məqsədlər haqqında düşünmürük. “Partizan”ı ümumiyyətlə fikirləşmirik. Bunu rəhbərliklə də müzakirə etməmişik. Sadəcə, rəqibin güclü tərəflərini zərərsizləşdirib öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır”.

Musayev RFŞ-in ən təhlükəli tərəfinin standart vəziyyətlər olduğunu vurğulayıb: “İlk matçda bütün təhlükəli epizodları standart vəziyyətlərdən yaratdılar. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol göstərəcəklərsə, buyursunlar, mən bu cür oyunu sevirəm”.

Baş məşqçi Coy Lens Mikelslə Emmanuel Apehin durumuna da toxunub: “Mikelsin kiçik zədəsi var idi. Amma bərpa prosesi üçün 1 həftə vaxtı oldu. Apehlə bağlı heç bir problem yoxdur”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın bu gün Bakıda Polşa “Rakuv“una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə də fikirlərini bölüşüb: “Azərbaycan təmsilçisi ilk matçda çox yaxşı oynadı. Sadəcə, kiçik səhvlər baha başa gəldi. Amma “Qarabağ” təcrübəli komandadır. Azarkeşlərin də dəstəyi ilə uğur qazana bilərlər. Bizi bu gün maraqlı oyun gözləyir. Lakin çox ağır qarşılaşma olacaq”.

Qeyd edək ki, avqustun 3-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. İlk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.

Futbol
"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Premyer Liqa rekordu: “Mançester Yunayted" ötən mövsüm maaşlara 430 milyon avro xərcləyib

Futbol
"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

"Qarabağ"ın rəqibi "Marsel"in hücumçusunu transfer edir

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

“Qarabağ”ın qapıçısı Avropada ən az qol buraxanların siyahısına düşüb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub