Azərbaycan millisinin voleybolçusu: “Hər şey ən xırda detaladək çalışılır”

Azərbaycan millisinin voleybolçusu: “Hər şey ən xırda detaladək çalışılır”

“Oyunçuların tam formalaşması və bir-birimizə lazımi şəkildə uyğunlaşmağımız üçün hər şey ən xırda detaladək çalışılır”.

“QELEBE.AZ”un məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

25 yaşlı hücumçu məşqçilər korpusunun əməyini yüksək qiymətləndirdiklərini bildirib: “Avropa çempionatına ilkin hazırlıq prosesindən, yəni Bakıda toplaşmamışdan əvvəl millimizin bütün oyunçuları məşqçilər tərəfindən müəyyən edilmiş fitnes proqramı əsasında fiziki məşqlər üzərində səylə çalışırdılar. Sonra zalda ciddi hazırlıqlara başladıq. Bütün bunlar komandamızın oyun sxemi və taxtikasının inkişafına töhfə verir”.

Başnakova yoxlama görüşlərinin onlara qitə birinciliyi zamanı kömək edəcəyini düşünür: “Yoxlama oyunları güclü və zəif tərəflərimizi müəyyənləşdirməyə, həmçinin, səhvlərimiz üzərində çalışmağa şərait yaradır. Komanda şəklində hazırlığımız tam sürətlə davam edir. Bu da bizə qarşımıza qoyulan məqsədə çatmaq, yəni Avropa çempionatında layiqli şəkildə çıxış etmək üçün kömək olacaq”.

Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Xokkey üzrə Dünya Kuboku Rusiyaya görə təxirə salına bilər

Komanda
"Murov" Bakıya qələbə ilə qayıdır

"Murov" Bakıya qələbə ilə qayıdır

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib   

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib  

Komanda
Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Azərbaycan Basketbol Liqası: "Gəncə BK" vahid lider olub

Komanda
Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Qadın voleybolçular arasında Azərbaycan çempionatına start verilib

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək