"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB - 6

"Sabah" avrokuboklardakı debüt oyununda qələbə qazanıb - YENİLƏNİB - 6

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu komanda Latviyada RFŞ-in qonağı olub.

Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 22-ci dəqiqədə Boyan Letiç, 55-ci dəqiqədə isə Davit Volkov vurub.

Beləliklə, Azərbaycan klubu avrokuboklardakı debüt matçından qalibiyyətlə ayrılıb. Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda olacaq. Cütün qalibi III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə üz-üzə gələcək.

21:14

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci dəfə rəqibi məyus edib.

Bakı klubunun heyətində Davit Volkov 55-ci dəqiqədə fərqlənib.

21:02

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi 1:0 hesabı ilə öndədir.

Bakı klubunun heyətində Boyan Letiç 22-ci dəqiqədə rəqibi məyus edib.

20:46

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb - 1:0.

Bakı klubunun heyətində Boyan Letiç 22-ci dəqiqədə rəqibi məyus edib.

20:22

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Boyan Letiç 22-ci dəqiqədə meydan sahiblərini məyus edib.

20:00

Latviyada RFŞ və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Report" xəbər verir ki, Yurmala şəhərindəki "Sloka" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüşü Yan Maxalekin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

18:53

Latviyada UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək RFŞ və "Sabah" klublarının start heyətləri açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

RFŞ: 1. Pavel Şteynbor, 7. İsmael Diomande, 10. Emerson, 11. Roberts Savaļniyeks. 17. Sedrik Kuadio, 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 26. Stefan Panits, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek
Ehtiyat oyunçular: 13 Yevgeni Neruqal, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 3. Artur Zyuzin, 8. Daniels Ontujans, 9. Yanus İkauniyeks, 18. Dmitri Zelenkov, 22 Darko Lemayiç, 52. Martsis Oş, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko
Baş məşqçi: Viktor Moroz

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 44. Sofian Çakla, 7. Boyan Letiç, 4. Elvin Camalov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 18. Davit Volkov, 9. Anatoli Nuriyev, 77. Namik Ələskərov
Ehtiyat oyunçular: 16. Rustam Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 12. Vinsent Till, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 20. Coy Lens Mikels, 21. İldar Alekperov, 22. Seymur Məmmədov, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, bu gün Yurmaladakı "Sloka" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Futbol
"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

"Real Madrid" Mbappenin keçidindən imtina edib, Holannı heyətinə qatmaq istəyir

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

KİV: Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Rəşad Sadıqov: "Vacib 3 xal qazandıq"

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə start verilib

Futbol
Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Futbol
"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

"Qarabağ"ın sabiq futbolçusu: "Mən nə Messi, nə də Ronalduyam"

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır