"Linkoln"un baş məşqçisi: "Qarabağ" çox üstün oyun nümayiş etdirdi"

"Linkoln"un baş məşqçisi: "Qarabağ" çox üstün oyun nümayiş etdirdi"

“Qarabağ" bu gün qələbəyə layiq idi, çox üstün oyun nümayiş etdirdi".

“QELEBE.AZ”un məlumatına görə, bunu Cəbəllütariqin “Linkoln” klubunun baş məşqçisi Xavi Munyos Bakı Olimpiya Stadionunda “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib: “Qonaqpərvərliyə və xoş münasibətə görə, həm Bakı əhalisinə, həm də "Qarabağ" klubuna təşəkkürümü bildirirəm. İlk dəqiqələrdən mübarizə bizim üçün çətin oldu. Buna da hazır idik. Uduzmağımıza baxmayaraq, bütün komanda ilə qürur duyuruq. Avropada mübarizə aparan sadə klubuq. Bu gün də əlimizdən gələni etdik. Bundan sonra da belə olacaq".

O, “Qarabağ”ın turnirdəki şanslarını da dəyərləndirib: “Qarabağ”ın oyununa bələdəm. Onlar bu mərhələdə mübarizə aparan istənilən komandanı məğlub edə bilər. Növbəti mərhələdə “Rakuv” önündə onlara asan olmayacaq. Amma “Qarabağ” qrup mərhələsinə düşməyə namizədlər sırasındadır”.

Qeyd edək ki, evdəki ilk oyunda da uduzan “Linkoln” (1:2) mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Tomas Heberli: "Azərbaycan millisi bizimlə eyni səviyyədədir"

Futbol
Nunu Qomeş: "Qarabağ"ın  prezidenti kluba çox sərmayə qoyur"

Nunu Qomeş: "Qarabağ"ın prezidenti kluba çox sərmayə qoyur"

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

Futbol
"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

"Kəpəz" ev oyunlarını Gəncədə keçirmək üçün PFL-ə müraciət edəcək

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin oyununun hakimləri bəlli olub