Azərbaycan futzal millisinin Rumıniya ilə keçirəcəyi oyunun yeri açıqlanıb
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya ilə keçirəcəyi oyunun məkanı və başlama vaxtı açıqlanıb.
Federasiyadan “Report”a verilən məlumata görə, qarşılaşma sentyabrın 15-də Buzau şəhərindəki “Romeo Lamandi” arenasında təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-futzal-millisinin-ruminiya-ile-kechireceyi-oyunun-yeri-achiqlanib.webp











