“Araz-Naxçıvan” portuqaliyalı hücumçu ilə anlaşıb

“Araz-Naxçıvan” portuqaliyalı hücumçu ilə anlaşıb

Yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

QELEBE.AZ saytının məlumatına görə, Naxçıvan təmsilçisi Nuno Migel Rodrigeslə anlaşıb.

Bu gün Bakıya gələn 29 yaşlı portuqaliyalı tibbi müayinədən keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Sağ cinah hücumçusunun son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Kovilya” olub. Nuno karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanha”, “Lusitano Vildemoinhos”, “Mafra”, “Arouca”, “Vilafranquense” klublarının da formasını geyinib.

Müqavilə imzaladıqdan sonra futbolçu arazpfk.com-a açıqlama verib: “Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.

Futbol
"Qəbələ" - "Sabah" oyununda insident baş verib

"Qəbələ" - "Sabah" oyununda insident baş verib

Futbol
Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Avropa Liqası: "Qarabağ"ın rəqibi ilk qələbəsini qazanıb

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yeniləyib

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

"Araz-Naxçıvan"ın baş məqşçisi: "Ən yaxşı oyunumuzu keçirdik"

Futbol
"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

"Olimpiakos"un "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli olub

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub