Amerikalı məşqçi: "Azərbaycanda güləşçilərin maksimal fiziki gücə çatmalarına dəstək oluram"

Amerikalı məşqçi: "Azərbaycanda güləşçilərin maksimal fiziki gücə çatmalarına dəstək oluram"

"Xeyli vaxtdır ki, Azərbaycana gəlirəm, güləşçilərin maksimal fiziki gücə çatmaları üçün onlara dəstək oluram. Maksimal fiziki gücü inkişaf etdirə bilsək, bu, onların sürətinə, gücünə də təsir göstərəcək və onlara görüşlərdə kömək edəcək".

"Report"un məlumatına görə, bunu Azərbaycan güləşçilərinin Göygöldəki təlim-məşq toplanışında iştirak etmiş ABŞ-dan olan mütəxəssis Mark Alan Filippi federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, işlədiyi sahənin incəlikləri haqqında danışıb: “Yunan-Roma və sərbəst güləşçilərin məşqləri arasında bir neçə fərq var. Yunan-Roma güləşində xalça üzərində yuxarı bədən hərəkətləri icra olunduğu üçün biz bədənin yuxarı hissəsinin gücləndirilməsinə daha çox diqqət ayırmalıyıq, amma əlbəttə bədənin aşağı hissəsi də əhəmiyyətlidir. Məşqlərdə tətbiq etdiyimiz bəzi elementlər daha çox sürət və cəldlik tələb edən sərbəst güləş təmrinlərindən fərqlənir. Onların gücə, həmçinin sürət və çevikliyə ehtiyacları var".

Mark Alan Filippinin sözlərinə görə, qarşılaşmalarda maksimal güc aşağı olarsa, görüş zamanı daha çox enerji sərf edilir: "Bu isə daha tez yorulmağa səbəb olur. Maksimal güc səviyyəsini yüksəltməyə nail olsaq, güclü güləşçilər yetişdirə bilərik. Güləş zədələnmə təhlükəsinin yüksək olduğu gərgin idman növüdür. Bu məşqlərin məqsədi performansı gücləndirməklə yanaşı, görüş zamanı zədələnmələrin də qarşısını almaqdır. Güləşçilərimizin güclənməsi və daha az zədə alması üçün tətbiq etdiyimiz bu proqrama əlavə olaraq qidalanma, yuxu rejimi, su qəbulu, masaj və tibbi personalın həyata keçirdiyi digər prosedurlar da idmançılarımızın güclü və sağlam qalması üçün olduqca əhəmiyyətlidir. Sağlam qidalanma güləşçilər üçün çox vacib amildir. Onlar məşq və məşqdən sonrakı bərpa prosesi üçün yetəri qədər qida qəbul etdiklərinə əmin olmalıdır. Güləşçilər daim bol miqdarda su qəbul etməli, zərərli qidalardan isə uzaq durmalıdırlar. Bu qidalar onların bədənində istənməyən kimyəvi maddələrin yaranmasına səbəb olub, performanslarını aşağı salır. Bol miqdarda ət, göyərti, meyvə, ümumiyyətlə, təbii qidalar idmançılara enerji verir və məşqdən sonrakı bərpa prosesini sürətləndirir”.

Qeyd edək ki, dəfələrlə "World's strongest man" yarışında iştirak etmiş Mark Alan Filippi 1997-ci ildə Amerikanın ən güclü adamı ünvanına sahib çıxıb.

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Fərdi
Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Avropa çempionatı: Bu gün Azərbaycanın daha 4 cüdoçusu yarışacaq

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Dünya çempionatının gümüş medalçısı qətlə yetirilib

Fərdi
Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Azərbaycan tennisçisi erməniyə qalib gələrək növbəti mərhələyə yüksəlib

Fərdi
Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Avropa Kuboku: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4