Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beşnövçülük çempionatı keçirilib

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beşnövçülük çempionatı keçirilib

İyulun 3-7-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş FHN-in qurumları arasında beşnövçülük üzrə çempionata yekun vurulub.

FHN-dən APA-ya verilən məlumata görə, çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 19 komandadan 100-ə yaxın əməkdaşı iştirak edib.

Keçirilən çempionatda iştirakçılar gimnastik hərəkətlər üzrə güc çalışmaları, maneələr zolağı, atıcılıq, üzgüçülük və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın son günündə isə komanda və şəxsi hesab üzrə qaliblər müəyyən olunub.

Dövlət himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev iştirakçıları təbrik edərək, yarışın əhəmiyyətindən danışıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib.

F.Musayev qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Çıxışında ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə gördüyü mühüm işlərdən bəhs edən F.Musayev, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın həm də dünyada idman ölkəsi kimi tanındığını iftixar hissi ilə dilə gətirib.

Yarışda komanda hesabında 1-ci yeri Dövlət Yanğından Mühafizə Xidmətinin, 2-ci yeri Mülkü müdafiə qoşunlarının, 3-cü yeri isə Bakı Regional Mərkəzinin komandası tutub.

Şəxsi nəticələrdə 1-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rəşid Sadıqov, 2-ci yerə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Kamran Məlikov, 3-cü yerə isə FHN Akademiyasının kursantı Əli Həsənov sahib olub.

Sonda qaliblərə kubok, medal, diplom və fəxri fərmanlar təqdim olunub.

Digər növlər
Zəfərin mübarək, Azərbaycan!

Zəfərin mübarək, Azərbaycan!

Digər növlər
"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

"Formula-1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv edilib

Digər növlər
Azərbaycanı beynəlxalq drift yarışında  təmsil edəcək pilot seçilib

Azərbaycanı beynəlxalq drift yarışında təmsil edəcək pilot seçilib

Digər növlər
Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Avrora Qrup I Voleybol Çempionatı başa çatıb - FOTO - VİDEO

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

"Azercell" beynəlxalq turniri qarşılamağa hazırdır!

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Digər növlər
"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisinə bilet satışının ilkin nəticələri açıqlanıb

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO

Digər növlər
Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO

Azərbaycanlı atıcı daha bir beynəlxalq yarışın qalibi olub - FOTO