Emin Mahmudov: “Neftçi”yə sadiqəm”

Emin Mahmudov: “Neftçi”yə sadiqəm”

“Neftçi”yə sadiqəm. Bir dəfə “ağ-qaralı” olan həmişə “ağ-qaralı” qalır. Qismət olsa, karyeramı elə doğma komandamda bitirməyi düşünürəm”.

Bunu “QELEBE.AZ”a eksklüziv açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

Futbolçu bildirib ki, heç vaxt bir az daha çox qazanmaq üçün komandadan ayrılmaq haqqında düşünməyib: “Sadəcə, özümü daha reytinqli və güclü çempionatda, fərqli atmosferdə sınamaq istəyirdim. Ona görə də yeni çağırışları dəyərləndirmək fikrinə düşdüm. Sözün düzü, həm Rusiya, həm Türkiyə, həm də bir sıra digər ölkələrdən təkliflər aldım. Amma gəlin, açıq danışaq ki, oynayacağın çempionatdan əlavə, həm də çıxış edəcəyin komanda da önəmlidir. Bu baxımdan təklifləri nəzərdən keçirdim, götür-qoy etdim və son olaraq qərar verdim ki, gələn təkliflərin heç biri 6 ildir formasını geyindiyim “Neftçi”dən ayrılmağa dəyməz. Çünki bu klubda özümü həqiqətən xoşbəxt hiss edirəm. Azarkeşlər, klub rəhbərliyi, komanda yoldaşlarım və digərləri, hər kəs məni sevir, hörmət edir, komandanın kapitanıyam. Bütün bu amilləri nəzərə alaraq yekunda doğma klubumda qalmağa qərar verdim”.

Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin hardan çıxdığını bilmir: “Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim olmuşdu. Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan “Neftçi”də qalmağı seçmişəm”.

Mahmudov azarkeşlərə də səslənib: “Qərar vermək periodu bir az uzun çəkdi. Klub rəhbərliyi sağ olsun, səbirlə gözlədi. Azarkeşlərə yaşatdığım narahatlıq üçün məyusam. Dünyanın ən yaxşı fanatları “Neftçi” azarkeşləridir. Onların temperamenti, qələbə istəyi, çılğın dəstəyi daim məni yeni qələbələrə motivasiya edir. Ümid edirəm ki, qarşıdakı oyunlarda əlimdən gələnin ən yaxşısını edərək, meydanda var gücümlə mübarizə apararaq yenidən onların könlünü ala biləcəm. Azarkeşlər də əmin olsunlar ki, bundan sonra da meydanda daha istəkli, daha yaxşı Emin görəcəklər. Komandamın uğurları üçün son damla tərimə kimi mübarizə aparacam”.

Yarımmüdafiəçi bu gün Rusiyanın Sankt Peterburq şəhərinə, komandanın təlim-məşq toplanışına yola düşdüyünü bildirib: “Çatan kimi məşqlərə start verəcəm. Ümid edirəm ki, qarşıdakı “Srvena Zvezda” ilə oyunda meydana çıxıb komanda yoldaşlarıma kömək edəcəm”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.

Futbol
Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Avstriya millisinin futbolçusu "Bavariya" ilə müqavilə imzalayacaq

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

AFFA rəsmisi "Trabzonspor"un oyununa gedəcək

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Luiş Fiqu dünya rekordu vurub, Ginnesin rekordlar kitabına düşəcək - VİDEO

Futbol
"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

"Qarabağ" və "Nant"ın start heyətləri açıqlanıb

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”