500 qız artıq cüdoya başlayıb

500 qız artıq cüdoya başlayıb

“Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda elan etdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları idmana həvəsləndirməyə davam edir.

APA xəbər verir ki, “Azercell Telekom” MMC-nin Azərbaycan Cüdo Federasiyası ilə birgə əməkdaşlıqda 12 iyun tarixindən etibarən həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası artıq öz töhfəsini verir. Belə ki, qısa müddət ərzində Azərbaycanın bir çox bölgələrindən 500-ə yaxın qız cüdo idman növünə yazılıb.

Qeyd edək ki, idmanın, mübarizliyin və özünə inamın təbliğatına yönələn bu sosial layihə qızları fiziki və mənəvi sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə həvəsləndirmək məqsədi daşıyır. Eyni zamanda, sosial layihə həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna da toxunur.

Kampaniya çərçivəsində cüdoçular sırasına qoşulmaq istəyən 7-14 yaş aralığında qızlar Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçə bilərlər. İlk 1000 qız tələbəyə cüdoqi və 1 ay pulsuz məşq hədiyyə olunur.

Qızları cüdoya yazdırmaq və ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az veb-saytına müraciət etmək olar.

İstəyirik, qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Döyüş növləri
Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Avropa birinciliyində son 15 ilin uğuruna imza atan taekvondoçularla görüş olub - FOTOLENT

Döyüş növləri
Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Beynəlxalq turnirdə finala yüksələn Azərbaycan boksçularının sayı 5-ə çatıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Boks üzrə Azərbaycan çempionatında komanda sayı açıqlanıb

Döyüş növləri
Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub

Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli olub