Avropa Oyunları: Azərbaycanın bir boksçusu 1/8 finalda, digəri mübarizəni dayandırıb

Avropa Oyunları: Azərbaycanın bir boksçusu 1/8 finalda, digəri mübarizəni dayandırıb

Azərbaycan boksçusu Sərxan Əliyev Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə qoşulub.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 71 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Mixal Takacsla (Slovakiya) üz-üzə gəlib.

Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu yarışa qoşulacaq. Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

16:02

Polşada keçirilən III Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.

"QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, beşinci yarış günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.

Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn idmançı 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha 2 yığma üzvü yarışa qoşulacaq. Sərxan Əliyev (71 kq) Mixal Takacslə (Slovakiya), Məhəmməd Abdullayev (+92) Uğur Aydemirlə (Türkiyə) qüvvəsini sınayacaq.

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni İstanbulda qızıl medal qazanıb

Fərdi
Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub

Azərbaycanın veteran cüdoçusu 10-cu dəfə dünya çempionu olub