“Qəbələ”nin fransalı sabiq hücumçusu: “Bu komanda əvvəlki gücündə deyil”

“Qəbələ”nin fransalı sabiq hücumçusu: “Bu komanda əvvəlki gücündə deyil”

“Qəbələ”nin bəzi oyunlarına baxıram. Bu komanda əvvəlki gücündə deyil”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Baqali Dabo “24sports.com.cy” saytına müsahibəsində deyib.

Kiprdə “Apollon” klubunun formasını geyinmiş fransalı hücumçu bu ölkənin digər təmsilçisi “Omoniya”nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.

35 yaşlı forvard püşkatmanın nikosiyalılar üçün uğurlu olduğunu düşünmür: “Bu, “Omoniya” üçün ən yaxşı püşkatma deyil. Çünki “Qəbələ” avrokubokların qrupuna qayıtmaq istəyən komandadır. Onların təsnifat mərhələlərini necə idarə etdiklərini bilirəm. Bu matçlara çox diqqət yetirirlər. Düzdür, indi komandanın büdcəsi daha aşağıdır. Lakin bu, onların keyfiyyətsiz olması demək deyil”.

Dabo hər iki komandanın baş məşqçisi barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, yaxşı oyunlar olacaq. Hər iki məşqçini – həm Sofroni Avqustini, həm də Elmar Baxşıyevi tanıyıram. Hər ikisinin baxımlı futbol oynatmağa böyük sevgisi var. Ona görə də, maraqlı matçlar olacağına inanıram. “Omoniya”ya cüzi üstünlük verirəm. Çünki son 3 ildə avrokubokların qruplarında çıxış edib”.

O, Elmar Baxşıyevin ildən-ilə özünü inkişaf etdirdiyini xüsusi vurğulayıb: “Mən “Qəbələ”də olanda Elmar Baxşıyev gənclərdən ibarət komandanın məşqçisi idi. Ardından əsas komandanın köməkçi-məşqçisi vəzifəsini yerinə yetirdi. Baxşıyev komandasının rəngarəng futbol oynamasını istəyir. Onun fəlsəfəsi Sofroni kimidir”.

Hücumçu Azərbaycan və Kipr çempionatlarının müqayisəsindən imtina edib: “Azərbaycan çempionatının səviyyəsi çox yaxşılaşıb. Bu üzdən iki liqanı müqayisə edə bilmərəm”.

Baqali Dabo Azərbaycanda 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, avqustun 3-də isə səfərdə keçirəcək.

Futbol
Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Ukraynalı baş məşqçi təyinatından 10 gün sonra istefaya göndərilib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

"Mançester Siti" ingiltərəli futbolçunun müqaviləsini uzadır

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Musa Qurbanlı Polşa klubuna keçə bilər

Musa Qurbanlı Polşa klubuna keçə bilər

Futbol
"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

"Zirə" "Neftçi" ilə oyunda ciddi itki ilə üzləşib

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib

"Şamaxı" komandası növbəti transferini gerçəkləşdirib