Azərbaycan taekvondoçuları Avropa Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb - FOTO

Azərbaycan taekvondoçuları Avropa Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb - FOTO

Krakov-2023 III Avropa Oyunlarında taekvondo yarışlarına start verilib.

QELEBE.AZ saytının məlumatına görə, ilk gündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan yığmasının dörd üzvü dayanq üzərinə çıxıb. 1/8 finaldan başlayan yarışda iki kişi və iki qadın təmsilçimiz qüvvəsini sınayıb. Onlardan Səyyad Dadaşov ikinci yeri tutub, Qasim Maqomedov isə bürünc medala yiyələnib.

Kişilər
54 kq

Səyyad Dadaşov 1/8 finalda Xalid Abdel Halim (Almaniya) ilə qarşılaşıb. Taekvondoçumuz ilk hissədə 8:4 hesablı qələbə qazanıb. O, ikinci raundu da xeyrinə başa vurub - 6:5. Bu qələbə ilə təmsilçimiz 1/4 finala adlayıb. Səyyad növbəti qarşılaşmasında Lübomir Boqdanovla (Bolqarıstan) döyüşüb. 10:5, 10:5 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala yüksəlib. O, bu mərhələdə isveçli Ebrahim Marvanla üz-üzə gəlib. 8:2, 7:3 hesabı ilə üstün olan Səyyad finala vəsiqə qazanıb. Taekvondoçumuz həlledici görüşdə italiyalı Andre Konti ilə qarşılaşıb. Dadaşov ilk raundu 0:3 hesabı ilə uduzduqdan sonra 11:3 hesabı ilə status-kvonu bərpa edib. Lakin həlledici - 3-cü raundda rəqib 9:7 hesabı ilə qələbə qazandığından taekvondoçumuz gümüş medala sahib olub.

58 kq
Qaşım Maqomedov 1/4 finala vəsiqə uğrunda qarşılaşmada Aymen Açnineni (Niderland) ilə mübarizə aparıb. O, iki raundda qələbə qazanıb - 17:4, 13:0. Təmsilçimiz 1/4 finalda Adrian Visenteni (İspaniya) sınağa çəkib. 11:14, 6:10 hesabı ilə uduzan idmançımız yarımfinala adlaya bilməyib. Rəqibi finala vəsiqə qazandığından Maqomedov təsəlliverici görüşə qatılıb və israilli Dmirti Naqayevdən üstün olub - 12:5, 19:6. Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qüvvəsini sınayıb. O, hər iki raundda inamlı qələbə qazanaraq (13:5, 22:4) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qadınlar
46 kq

1/8 finaldan yarışa qatılan Minayə Əkbərovanın ilk rəqibi Sofiya Zampetti (İtaliya) olub. O, iki raundda rəqibinə uduzaraq çempionluq mübarizəsini dayandırıb – 3:5, 0:5. İtaliyalı finala kimi irəlilədiyindən Əkbərova təsəlliverici döyüşlərə qatılıb. Minayə Avropa Olimpiya Komitələrinin bayrağı altında çıxış edən Dina Puryunes ilə görüşüb. 4:2, 6:4 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Minayə Kipr idmançısı Kiriaki Kouttouki ilə münasibətinə aydınlıq gətirib və hər iki raundda rəqib qalib gəlib (9:0, 2:2).

49 kq
Təcrübəli taekvondoçumuz Patimat Abakarova 1/8 finalda Sufarada Kisskalt (Almaniya) ilə görüşüb. Olimpiya Oyunlarının mükafatçısı iki raundda rəqibinə uduzaraq çempionluq mübarizəsini başa vurub – 4:7, 1:10.

Qeyd edək ki, taekvondoçuların mübarizəsi dörd gün davam edəcək və Azərbaycan yarışda 8 idmançı ilə təmsil olunur.

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Döyüş növləri
Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Azərbaycanlı taekvondoçular Avropa birinciliyində daha 2 medal qazanıb

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 5 çəki dərəcəsində yarımfinalçılar müəyyənləşib

Döyüş növləri
Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Döyüş növləri
Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Döyüş növləri
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Döyüş növləri
ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

ABŞ-ın güləş üzrə elçiləri Azərbaycanda səfərdədir

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb