Azərbaycan və Kipr klubları avrokuboklarda 8-ci dəfə üz-üzə gələcəklər - ARAŞDIRMA

Azərbaycan və Kipr klubları avrokuboklarda 8-ci dəfə üz-üzə gələcəklər - ARAŞDIRMA

Azərbaycan klubları avrokuboklarda 8-ci dəfə Kipr komandalarına rəqib olub.

“Report”un araşdırmasına görə, “Qəbələ” ilə “Omoniya” arasında baş tutacaq UEFA Konfrans Liqasının II təsnifat mərhələsi öncəsi bu ölkələrin nümayəndələri 7 dəfə növbəti mərhələ uğrunda mübarizədə üz-üzə gəliblər.

Bu matçlarda Azərbaycanı “Neftçi”, “Qəbələ” və “Qarabağ”, Kipri isə APOEL, “Apollon”, AEL və “Aris” komandaları təmsil ediblər. Bu duellərin 6-sı təsnifat mərhələlərinə təsadüf edib. Onun da 4-də Azərbaycan, 2-də Kipr təmsilçisi növbəti raunda yüksəlib. 2021/2022 mövsümündə isə “Qarabağ” və “Omoniya” klubları Konfrans Liqasının qrup mərhələsində qarşılaşıblar.

Baş tutan 14 görüşün 6-da qələbə qazanan Azərbaycan klubları 3 dəfə meydanı məğlub tərk ediblər. 5 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də Premyer Liqa təmsilçiləri üstündürlər – 19:15.

“Qəbələ” ikinci dəfə Kipr komandası ilə Avropa arenasında üz-üzə gələcək. “Qırmızı-qaralar” 2015/2016 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”u mübarizədən kənarlaşdırmağı bacarıb.

Həmçinin, “Omoniya” üçün də Azərbaycan yad ölkə deyil. Adıçəkilən komanda 2021/2022 mövsümündə məhz Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşıb. Doğma meydanında 1:4 hesabı ilə uduzan kiprlilər Bakıda bərabərliyə (2:2) nail olmuşdular.

Azərbaycan və Kipr klublarının avrokuboklardakı oyunları:

1995/1996. Kuboklar Kubokunun ilkin mərhələsi
“Neftçi” – APOEL – 0:3, 0:0

2012/2013. Avropa Liqasının pley-off mərhələsi
“Neftçi” – APOEL – 3:1, 1:1

2015/2016. Avropa Liqasının III təsnifat mərhələsi
“Qəbələ” – “Apollon” – 1:1, 1:0

2019/2020. Çempionlar Liqasının III təsnifat mərhələsi
“Qarabağ” – APOEL – 2:1, 0:2

2021/2022. Konfrans Liqasının III təsnifat mərhələsi
“Qarabağ” – AEL – 1:1, 1:0

2021/2022. Konfrans Liqasının qrup mərhələsi
“Qarabağ” – “Omoniya” – 4:1, 2:2

2022/2023. Konfrans Liqasının II təsnifat mərhələsi
“Neftçi” – “Aris” – 0:2, 3:0

Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Tomas Bax koronavirusa yoluxub

Tomas Bax koronavirusa yoluxub

Futbol
Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Robert Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli olub

Futbol
ANOC-un prezidenti bəlli olub

ANOC-un prezidenti bəlli olub

Futbol
Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Azərbaycan millisi Şimali Makedoniya ilə oyunda 2-ci qolu vurub

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Futbol
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Qəbələ"nin şikayətini təmin edib