Qelebə.az / La Liqa klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

La Liqa klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

15-06-2023, 14:50

İspaniyanın "Valensiya" klubu baş məşqçisi Ruben Baraxa ilə müqavilənin müddətini uzadıb.

"Report" "yarasalar"ın rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Baraxa fevralda baş məşqçi təyin olunmuşdu.

Qeyd edək ki, "Valensiya" La Liqada başa çatan mövsümü 42 xalla 16-cı pillədə başa vurub.

Geri qayıt