Qelebə.az / "Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub

"Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub

14-06-2023, 18:10

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi Polşanın "Legiya" komandası ilə qarşılaşacaq.

İyulun 1-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyaya iyunun 22-də yollanacaq.

Geri qayıt