Qelebə.az / Azərbaycanın dörd güləşçisi Avropa üçüncüsü olub

Azərbaycanın dörd güləşçisi Avropa üçüncüsü olub

13-06-2023, 21:44

Azərbaycanın yunan-Roma güləşçisi Mahir Qurbanlı Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal əldə edib.

"QELEBE.AZ"un məlumatına görə, 110 kq çəki dərəcəsində yarışan idmançı finlandiyalı Tomas Rusiyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək 3-cü yeri tutub.

Bununla da Azərbaycanın yunan-Roma güləşçilərinin qitə çempionatında qazandığı medal sayı dördə çatıb. Daha əvvəl Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) və Elmin Əliyev (80 kq) Avropa üçüncüsü olublar.

21:10

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 80 kq-da çıxış edən Elmin Əliyev 3-cü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Maxaradzeyə 6:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə qalxıb.

20:37

Azərbaycanın iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 48 kq-da Elnar Ziyadov və 55 kq-da Ayxan Cavadov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İdmançılar medal görüşlərində müvafiq olaraq, moldovalı Viktor Postikaya (7:2) və ermənistanlı Yuri Karapetyana (5:2) qalib gəliblər.

Qeyd edək ki, bu gün həmçinin 80 kq-da Elmin Əliyev və 110 kq-da Mahir Qurbanlı 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar.

Geri qayıt