3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində ikinci günə start verilib.
"QELEBE.AZ"un məlumatına görə, 1/4 final mərhələsinin ilk qarşılaşmasında Macarıstan millisi Rumıniya yığmasını 21:13 hesabı ilə üstələyib.
Komanda yarımfinalda "Neftçi" klubunun rəqibi olub.
1/4 finalda, həmçinin, Almaniya seçməsi Yaponiyanın G FLOU klubu ilə qarşılaşacaq.