Qelebə.az / NBA-da çempion bəlli olub

NBA-da çempion bəlli olub

13-06-2023, 09:00

Milli Basketbol Assosiasiyasında (NBA) çempion müəyyənləşib.

"Report"un məlumatına görə, final mərhələsinin beşinci oyununda "Mayami"ni 94:89 hesabı ilə üstələyən "Denver" titula sahib çıxıb.

Beləliklə, komanda ümumi hesabı 4:1 edib və tarixində ilk dəfə NBA çempionu olub.

"Denver"in serbiyalı basketbolçusu Nikola Yokic final seriyasının ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.

Geri qayıt