Qelebə.az / Avropa çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinalda uduzub

Avropa çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinalda uduzub

12-06-2023, 20:53

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksələ bilməyib.

"QELEBE.AZ"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Macarıstan təmsilçisi İştvan Şinaya uduzub

48 kq-dakı Elnar Ziyadov eyni raundda gürcüstanlı Yuri Çapidzeyə yenilib.

Hər iki güləşçi sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Geri qayıt