Qelebə.az / Basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib

Basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib

12-06-2023, 13:42

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start verilib.

"Report"un məlumatına görə, turnirin ilk oyununda A qrupunda Almaniya və Türkiyə komandaları üz-üzə gəliblər.

Qarşılaşma Almaniya millisinin 17:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşü gənclər və idman naziri Fərid Qayıbov, həmçinin, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da izləyib.

Azərbaycan kollektivi qrupdakı ilk oyununu saat 14:15-də Macarıstan seçməsinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.

Geri qayıt