Qelebə.az / Azərbaycanlı güləşçi ABŞ çempionu olub

Azərbaycanlı güləşçi ABŞ çempionu olub

12-06-2023, 13:13

SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov ABŞ çempionu olub.

"QELEBE.AZ" xəbər verir ki, 61 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Vüqar Orucov Barselona-1992 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.

Geri qayıt