Qelebə.az / "Kəpəz" yeni baş məşqçisi ilə müqavilə bağlayıb

"Kəpəz" yeni baş məşqçisi ilə müqavilə bağlayıb

12-06-2023, 11:09

"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla rəsmi müqavilə bağlayıb.

"QELEBE.AZ"un Qərb bürosunun məlumatına görə, 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.

Daha sonra Məmmədov ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində klub rəhbərliyi, İdarə Heyətinin nümayəndələri və media əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, A.Məmmədov "sarı-göylər"in sükanı arxasında Tərlan Əhmədovu əvəzləyib.

Geri qayıt